kriminal.az
Berlində onminlərlə insan küçələrə axışdı - VİDEO

Berlində sağçı ekstremizmə qarşı böyük nümayiş keçirilib. 

Şəhər polisinin məlumatına görə, yürüşdə 150 mindən çox insan iştirak edib. 

Tədbir səbəbindən şəhərin mərkəzində nəqliyyatın hərəkəti xeyli çətinləşib, hökumət məhəlləsində bir neçə küçə bağlanıb.  

Çox sayda vətəndaş sağçı populist Almaniya üçün Alternativ Partiyasına qarşı şüarlar yazılmış pankartlarla mitinqə gəlib. Asayişi 700-ə yaxın polis qoruyub. 

Qeyd edək ki, təxminən üç həftədir ki, ölkədə sağçı ekstremizm və Almaniya üçün Alternativ Partiyası əleyhinə nümayişlər keçirilir. Nümayişlərə səbəb sağçı ekstremistlərin Almaniyadan iki milyon insanın deportasiya edilməsi planlarını müzakirə etdikləri gizli toplantı haqqında məlumatın mediaya sızması olub. 

Mənbə: TASS 

Top
0.09156608581543