kriminal.az
BƏƏ-də tunc dövrünə aid əşyalar aşkar edildi - FOTO

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) genişmiqyaslı qazıntılar zamanı arxeoloqlar e.ə 2700-2000-ci illərdə mövcud olmuş Tunc dövrü mədəniyyətinin sirlərini aça biləcək alətlər aşkar ediblər. 

Qazıntılar Əbu-Dabidə, Umm ən-Nar kimi də tanınan Sas əl-Nəhl adasında aparılıb. 

Tədqiqatlar sayəsində su keçirməyən qablar, gillə örtülmüş anbar çuxuru və tunc dövrünə aid qayığın bir parçası kimi müxtəlif dəyərli materiallar aşkar edilib.  

Tapıntılar sayəsində alimlər əmirliyin regional və beynəlxalq ticarətdəki rolu haqqında yeni məlumatlar əldə edə biliblər. 

Mənbə: fokus.ua 

Top
0.1154670715332