kriminal.az
Gürcüstanda ən çox yayılmış cinayət açıqlanıb

2023-cü ildə Gürcüstanda 54,2 min cinayət qeydə alınıb ki, bu da bir il əvvəlkindən 0,5% azdır. 

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, ötən ilki cinayətlərin 64,9%-i açılıb. 2022-ci ildə isə bu rəqəm 63,09% olub. 

Bildirilib ki, hazırda Gürcüstanda ən çox yayılmış cinayətlər oğurluq, narkotik maddələrin qanunsuz dövriyyəsi, məişət zorakılığı, təhdidlər və nəqliyyatla bağlı cinayətlərdir. 

Mənbə: Sputnik 

Top
0.10856580734253