kriminal.az
La Liqa: Madrid derbisində qalib müəyyənləşmədi - VİDEO

İspaniya La Liqasının 23-cü turunun “Real Madrid” və “Atletiko” komandalarının qarşılaşması başa çatıb.

Oxu.az xəbər verir ki, komandalar Madriddəki “Santyaqo Bernabeu” stadionunda qarşılaşıblar. 

İlk hissənin 20-ci dəqiqəsində Brahim Dias qarşılaşmada hesabı açaraq “Real Madrid”i önə çıxarıb. Görüşün sonlarında, 90+3-cü dəqiqədə Markos Llorente hesaba tarazlıq gətirib.

Bu matçın nəticəsindən sonra “Real” 58 xal toplayıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Atletiko” La Liqada eyni sayda oyundan sonra 48 xal toplayıb və dördüncü yerdədir.

 

Top
0.22351384162903