kriminal.az
Tailandda gənclər şəkil çəkdirərkən balkon çökdü, 13 nəfər yaralandı - VİDEO

Tailandın Chiang Mai şəhərində bir qrup gənc qaldıqları hotelin balkonunda şəkil çəkdirərkən balkon çöküb, 13 nəfər ikinci mərtəbədən yıxılıb.

Yaralılara xəstəxanada tibbi yardım göstərilib. İkisi ağır olmaqla ümumilikdə 13 nəfər yaralanıb.

Polis rəisi Çalit Tipkham açıqlamasında ilkin araşdırmalarda eyvanın çökən hissəsinin binanın abadlıq planına daxil olmadığı və sonradan əlavə edildiyini bildirib.

Mənbə: ensonhaber

Top
0.11683511734009