kriminal.az
İran, Rusiya və Çin birgə hərbi təlimlər keçirəcəklər

İran, Rusiya və Çin birgə hərbi dəniz təlimi keçirməyə hazırlaşırlar.

Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin baş komandanı kontr-admiral Şəhram İrani məlumat verib.

Onun sözlərinə görə, təlimlər İran təqvimi üzrə ilin sonunadək keçiriləcək.

Ş.İrani əlavə edib ki, təlimlərdə iştirak üçün digər dövlətlərə də dəvət göndərilib.

Mənbə: Mehr

Top
0.086544990539551