kriminal.az
Asiya Kubokunda sensasiya: İordaniya Cənubi Koreyaya qalib gələrək finala çıxdı - VİDEO

İordaniya və Cənubi Koreya seçmə komandaları Asiya Kubokunun yarımfinal mərhələsində qarşılaşıblar. 

Oyun Əl-Rayanadakı (Qətər) Əhməd bin Əli adına stadionda baş tutub. 

Qarşılaşma gözlənilməz nəticə ilə - 2:0 hesabı ilə iordaniyalıların xeyrinə başa çatıb.  

Qeyd edək ki, Asiya Kubokunun finalında İordaniya yığması fevralın 7-də üzləşəcək İran-Qətər cütünün qalibi ilə oynayacaq. 

Mənbə: championat.com 

Top
0.099900007247925