kriminal.az
AFFA rəsmiləri UEFA-nın Konqresində iştirak edəcəklər

Bu gün Fransanın paytaxtı Parisdə UEFA-nın 48-ci Növbəti Konqresi keçiriləcək.

AFFA-nın rəsmi saytı xəbər verir ki, toplantıda milli assosiasiyanın vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov və baş katib Sərxan Hacıyev iştirak edəcəklər.

Tədbir “Maison de la Mutualite” konfrans mərkəzində təşkil olunacaq.

Top
0.096889019012451