kriminal.az
Çexiyada fermerlər avropalı həmkarlarının etirazına qoşulacaqlar - VİDEO

Çexiyada fermerlər Mərkəzi və Şərqi Avropadakı həmkarlarının etirazına qoşulacaqlar.

Qeyd olunur ki, fevralın 19-da onlar ağır texnika ilə Praqaya getməyi planlaşdırırlar, fevralın 22-də isə kütləvi mitinq və etiraz yürüşləri gözlənilir.

Belçika, Polşa və Almaniya da daxil olmaqla bir çox Avropa ölkələrində fermerlərin etirazları keçirilir.

Onların əsas tələbləri yeni ekoloji qaydalara əməl etdiklərinə görə fermerlərə kompensasiyanın verilməsi, bürokratik gecikmələrin azaldılması və daha şəffaf subsidiya sistemi, eləcə də Aİ bazarına daxil olan Ukrayna məhsullarının daha yaxşı tənzimlənməsidir.

Mənbə: zn.ua

Top
0.089067935943604