kriminal.az
Serbiyada əsgərlik bərpa olunur

Serbiya Prezidenti Aleksandar Vuçiç respublikada 75 gün müddətinə hərbi xidmətin bərpası ilə bağlı Müdafiə Nazirliyinin irəli sürdüyü təşəbbüsü imzalayıb.

Kriminal.Az bu barədə TASS-a istinadən xəbər verir.

"Sizə bildirmək istəyirəm ki, mən respublikanın prezidenti kimi 75 gün müddətinə adi hərbi xidmət keçmək haqqında saziş imzalamışam. Ordumuz getdikcə daha da güclənməlidir, bizim heç kimə hücum etmək niyyətimiz yoxdur, amma hər gün bizi təhdid edənlərin hamısını cilovlamalıyıq", - deyə dövlət başçısı qeyd edib.

Respublikanın baş naziri Miloş Vuçeviç Serbiya hökumətinin 2025-ci ildə hərbi xidmətə çağırışın bərpası haqqında qanunu tezliklə Milli Assambleyaya (birpalatalı parlament) təsdiq üçün təqdim etməyi planlaşdırdığını açıqlayıb. Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, bu təcrübənin tətbiqinin zəruriliyi "münaqişələrə və müharibələrə hazırlıqla deyil, ölkənin müdafiəsi və mümkün hücumların qarşısının alınması ilə müəyyən edilir".

Top
0.06456184387207