kriminal.az
Zelenskinin Baydenə 4,5 min dollarlıq hədiyyələr verdiyi məlum oldu

Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci ildə ABŞ Prezidenti Co Baydenə və onu müşayiət edən şəxslərə 4,5 min dollarlıq hədiyyələr təqdim edib.

Bununla bağlı Amerika liderinin 2022-ci ildə məmurlara verilən hədiyyələrlə bağlı hesabatında bildirilib.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sənəddə belə bir qeyd var ki, “hədiyyənin qəbul edilməməsi hədiyyəni tədqim edəni və ABŞ hökumətini çətin vəziyyətə sala bilərdi”.  

“İşıq qalib gələcək” rəsm əsəri, ənənəvi Ukrayna köynəyi, “Yaroslav Mudrıy” medallar dəsti Zelenskinin verdiyi hədiyyələr sırasındadır ki, bunlar, protokolda qeyd edildiyi kimi, 1 429 ABŞ dollar dəyərində qiymətləndirilir.

Bundan əlavə, Ukrayna prezidenti Baydenə 2,4 min dollar dəyərində olan “Narıncı naxışlar” tablosunu da hədiyyə edib.

Yelena Zelenskaya isə öz növbəsində ABŞ-nin birinci xanımı Cil Baydenə süfrə, salfetlər, qızıl saç sancağı və sırğalar hədiyyə edib.

Mənbə: NEWS.ru

Top
0.11978697776794