kriminal.az
Maqnetizmin yeni növü kəşf edilib

İsveçrə, Avstriya, Çexiya, Almaniya və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu maqnetizmin yeni növünün - altermaqnetizmin kəşfini elan ediblər. Bu, gələcək tədqiqatlarda sıçrayış vəd edir və yeni texnologiyaların yaradılmasına səbəb ola bilər.

Fiziklər fotoemissiya spektroskopiyasından istifadə edərək manqan telluridinin altermaqnit xüsusiyyətlərini eksperimental olaraq sübut ediblər.

Qeyd edək ki, son vaxtlara qədər iki növ maqnetizm - ferromaqnetizm və antiferromaqnetizm elmə məlum idi.

Mənbə: Gazeta.ru

Top
0.10897612571716