kriminal.az
Rusiyalı şagird məktəbə balta ilə hücum etdi: Elektron siqaretə görə

Rusiyanın Buryatiya vilayətində elektron siqareti (veyp) əlindən alınan şagird bundan qəzəblənərək məktəbə balta ilə hücum edib.

Qeyd olunur ki, hadisə iki məktəbli arasında mübahisə ilə başlayıb, nəticədə biri digərinin elektron siqaretini əlindən alıb.

Bundan qəzəblənən məktəbli evə yollanıb və baltanı götürərək məktəbə qayıdıb.

Xoşbəxtlikdən, mühafizəçi onun təhsil müəssisəsinə daxil olmasının qarşısını ala bilib.

Hadisə yerinə polis çağırılıb, məktəbli saxlanılıb.

Mənbə: “Shot” “Telegram” kanalı

Top
0.10340905189514