kriminal.az
Messisiz “İnter Mayami” autsayderlə bacarmadı - VİDEO

Martın 31-də MLS-də “İnter Mayami” “Nyu York Siti” qarşılaşması baş tutub. Fort Lauderdeyl (ABŞ) şəhərindəki “DVR Stadium”da keçirilən oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb.

15-ci dəqiqədə meydan sahiblərinin uruqvaylı hücumçusu Luis Suares hesabı açıb. Lakin fasilədən əvvəl “Siti”nin kosta-rikalı yarımmüdafiəçisi Alonso Martinez qol vuraraq bərabərliyi bərpa edib və matçın yekun hesabını müəyyənləşdirib.

Qonaqların argentinalı hücumçusu Lionel Messi bud nahiyəsindən aldığı zədə səbəbindən komandasının ardıcıl üçüncü matçını buraxıb. Onun komanda yoldaşları Serxio Busquets və Jordi Alba isə 90 dəqiqə meydanda oynayıblar.

“İnter Mayami” yeddi matçdan sonra 11 xalla MLS turnirində ikincidir. “Nyu-York Siti” isə altı oyundan sonra dörd xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

Top
0.22267198562622