kriminal.az
Qadınları İran və Bəhreynə aparan şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Sevda Bayramovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Sevda Bayramovanın şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevda Bayramova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2018-ci ildə qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirərək İran və Bəhreynə aparan Sevda Bayramovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri) maddələri ilə ittiham irəli sürülüb.

Onun əlindən çətinliklə çıxan qadınlar Bakıya qayıtdıqdan sonra Sevdanın barəsində şikayət ediblər. Zərərçəkmiş qadınlar zorla fahişəliyə cəlb edildiklərinə görə psixoloji sarsıntı keçirdiklərini qeyd ediblər.

Top
0.29415702819824