kriminal.az
PSJ “Marsel”i 10 nəfərlə məğlub etdi - VİDEO

Fransa çempionatında 27-ci turun “Marsel” - PSJ matçı başa çatıb. Görüş Marselin “Velodrom” stadionunda keçirilib. Oyunu Benoit Bastienin başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Matçın 40-cı dəqiqəsində PSJ-nin müdafiəçisi Lukas Beraldo birbaşa qırmızı vərəqə alıb. Matçın 56-cı dəqiqəsində parislilərin yarımmüdafiəçisi Vitinya fərqlənib. 86-cı dəqiqədə Marko Asensionun ötürməsini PSJ-nin hücumçusu Qonsalo Ramus qola çevirib.

Hazırda PSJ Fransa çempionatının turnir cədvəlində liderdir. Komanda 27 görüşdə 62 xal toplayıb. “Marsel” isə 39 xalla yeddinci yerdə qərarlaşıb.

 

Top
0.10320401191711