kriminal.az
Son 5 il ərzində İranda 131 min 15-dən az yaşı olan qız uşağı evləndirilib

Gördüyümüz fotoda təsvir olunan bu balaca qızcıgaz İranın ən çox farslar yaşayan Mərvdəşt vilayətində yaşamış,nikahın ilk gecəsi dünyasını dəyişmiş 9 yaşlı qızcıgazdı.İranda hər il minlərlə azyaşlı qız uşaqları erkən evliliyə sövq edilərək bu balaca qızcıgazın taleyini yaşayır-evliliyin ilk gecəsi və yaxud doguş zamanı dünyasını dəyişir.

Bunu açıqlamasında Bələdiyyə, Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Gülnarə Əmiraslanova bildirib.O bildirib ki, artıq İranda da erkən evliliklər kütləvi hal almaqla Afrika ölkələri olan Efiopiya, Banqladeş, Mali, Nigeriya kimi ölkələrlə bir sırada çəkilir. Vətəndaşlıq Qeydiyyatı İdarəsinin son statistik hesabatına görə, ötən günəş ilində yüksək riskli yaş qrupu olan 10-19 yaşa qədər olan analar tərəfindən 69103 körpə gətirilib və onlardan 1474-ü 10-14 yaşarası azyaşlı analar tərəfindən doğulub.İranda son illər azyaşlıların məcburi evliliyə cəlb olunması halları daha da artıb və İran Statistika Mərkəzinin verdiyi məlumata görə, son illər qeydə alınan evliliklərin 5 %-i 15-dən az yaşı olan uşaqların payına düşür.

Bir neçə gün bundan öncə İranın Statistika Mərkəzinin açıqladığı rəsmi rəqəmlərə görə, son 5 il ərzində İranda 131 min 15-dən az yaşı olan qız uşağı evləndirilib, ötən il isə daha 7500 azyaşlı qız uşağı məcburi nikaha cəlb edilib.Martın 29-da yayılan statistikada 5 il müddətində hər il ortalama 30 min azyaşlı qızın erkən nikaha cəlb edildiyi, eyni müddət ərzində 123 min 15-dən az yaşı olan oğlan uşaqlarının evləndirildiyi qeyd olunub.Statistika Mərkəzinin bundan öncəki il verdiyi məlumatda 10-14 yaş arası qız uşaqlarının erkən nikaha cəlb olunması hallarının 10.1 faiz artdığı bildirilib.

Məlumatda 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayına qədər bir il müddətində 10-14 yaş arası qız uşaqlarının 791 nəfərinin ana olduqları göstərilib.İranın ali rəhbəri Əli Xaməneyi tərəfindən vurğulanan ölkədə nikah siyasətinin təşviqi və doğuş nisbətinin artırılması ilə eyni zamanda, son illərdə qızlar üçün nikah yaşının azaldılması, ailələrin evlilik şərtlərini asanlaşdırmağa həvəsləndirilməsi istiqamətində bir sıra millət vəkilləri və İbrahim Rəisi hökumətinin üzvləri, mədəni-maarif müəssisələrinin məmurları tərəfindən qızların erkən yaşda evləndirilməsi təbliğ olunur.Bununla yanaşı İran hökumətinin bəzi rəsmiləri uşaq nikahı fenomenini inkar edir və 13 yaşın evlilik üçün ən uyğun yaş olduğunu iddia edirlər.

BMT-nin İnsan Haqları Şurasının İran üzrə xüsusi məruzəçisi məsələ ilə bağlı açıqladığı hesabatda İranda erkən nikah sayının nigəranedici səviyyədə olduğunu və İran hökumətinin qız uşaqları və qadınlara qarşı davranışlarında təcili islahata ehtiyac duyulduğunu bildirib.

Top
0.048293113708496