Cənubi Koreya parlamenti tələbə və şagirdlərin sinif otaqlarında mobil telefon, rəqəmsal cihazlardan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
Kriminal.az xəbər verir ki, parlamentin qəbul etdiyi qanuna əsasən 2026-cı ilin mart ayından qüvvəyə minəcək.
Cənubu Koreyada aparılan araşdırmalara görə, orta və lisey şagirdlərinin 37 faizi sosial medianın gündəlik həyatlarına təsir etdiyini, 22 faizi isə hesablarına daxil ola bilməyəndə narahatlıq yaşadıqlarını bildirib.
“NBC News”un verdiyi məlumata görə, müxalifətdə olan Xalq Gücü Partiyasından olan millət vəkili Ço Jung-hun qanun layihəsini müdafiə edib. "Uşaqlarımızın sosial şəbəkələrə aludəçiliyi ciddi səviyyədədir. Hər səhər gözləri qan içində, səhərə qədər instaqramda qalırlar”, - o bildirib.
Qeyd edək ki, son illərdə dünyada mobil və rəqəmsal cihazlardan istifadəyə qadağalar artmaqdadır. Cənubi Koreya bu addımla rəqəmsal məhdudiyyətləri artıran ölkələr sırasına qoşulub.
Avstraliya və Hollandiya kimi ölkələr də bu yaxınlarda yeniyetmələrə mobil telefonlardan və sosial mediadan istifadə qadağasını genişləndirib.
Mürtəza