24 yaşlı gəncin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Kriminal.Az-a onun anası Gülsara Novruzova məlumat verib.
O bildirilib ki, övladı Haxverdi dekabrın 4-də avtomobil qəzası keçirib.
“Haxverdinin 24 yaşı var. Ötən ilin dekabr ayında ağır avtomobil qəzası keçirib. Xəstəxanaya gətiriləndə onun ağciyəri və qaraciyəri zədələnmişdi, beyninə isə qan sızmışdı. Beynində olan problemə görə həkimlər onu süni komada saxlamağı məsləhət gördülər. Bir ay o vəziyyətdə müalicə olundu. Oyanandan sonra isə nə məni, nə atasını tanıdı. Bir müddət nevroloji müalicə aldı”.
Gülsara Novruzova hazırda oğlunun əməliyyat olunmasının zəruriliyini qeyd edib.
“Haxverdinin hazırda nəfəs almasında problem var. Buna görə də, əməliyyat olunmalıdır. Əməliyyat üçün isə 4 000 manata ehtiyacımız var. İnanın, vəziyyətimiz çox ağırdır. Birotaqlı evdə altı nəfər yaşayırıq. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (077) 325-87-17.
Leo Bank: 4098 5844 9623 3485.