İşğaldan azad olunan Ağdərə rayonunda odlu silahlar aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Kriminal.Az-a məlumat verilib.
Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin və Daxili Qoşunların hərbi qulluqçuları Ağdərə rayonunun Umudlu kəndi ərazisində xidmətdə olan zaman üç pulemyot, bir qumbaraatan və bir avtomat aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.