Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 782,1 min və ya 45,1% çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hesabat dövründə daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
“Bu nəqliyyat növü ilə yükdaşıma 13% artaraq 94,5 min ton olub”, - məlumatda qeyd olunur.