kriminal.az
1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur - VİDEO

Bakıda təəssüf ki, hələ də evlərinin ünvanı, adı bəlli olmayan küçələr mövcuddur.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Bakının Suraxanı rayonunda yerləşən, sakinlər arasında Qum adası adlandırılan ərazidən gedir.

Burada yaşayanlar bildirirlər ki, küçənin adı, evlərin ünvanı olmadığı üçün xeyli problemlə qarşılaşırlar.

Onların sözlərinə görə, 1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur.

Eyni problem paytaxtın Ramana, Hövsan, Əhmədli, Binə və digər bəzi qəsəbələrində də mövcuddur.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, son illər ərzində paytaxtın inzibatı ərazisində yerləşən küçələrin böyük əksəriyyətinə adların verilməsi və standartlara uyğun olmayan küçə adlarının dəyişdirilməsi prosesi həyata keçirilib. Sakinlər unvanportali.az saytına daxil olmaqla yaşadıqları küçənin adı haqqında məlumat ala bilərlər.

Ətraflı süjetdə:

Top
0.04378604888916