Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub.
Bu barədə Kriminal.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 142A ünvanında yerləşən təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulması faktları aşkarlayıblar. Bu isə kiçik ehtiyatsızlıq və ya səhlənkarlıqdan yüksək yanma xassəsinə malik avtomobil şinlərində baş verə biləcək yanğının qısa müddətdə genişlənərək böyük fəsadlara səbəb olması riskini yaradır.
Göstərilən məsələ ilə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb.
Eyni zamanda qeyd edilənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib, təkər tullantıları sahibkar tərəfindən ərazidən daşınaraq yaranmış yanğın təhlükəsi aradan qaldırılıb.