“Bakının Yeni Yasamal rayonundakı Dadaş Bünyadzadə 8 ünvanında yerləşən binanın sözügedən lifti bizim balansımızda deyil”.
Bu açıqlama Kriminal.Az-ın sorğusuna cavab olaraq Bakı “Lifttəmir” İstehsalat Birliyindən verilib.
Qeyd olunub ki, Dadaş Bünyadzadə 8 ünvanında yerləşən bina kooperativ bina olduğu üçün sözügedən lift qurumun balansında deyil. Bakı “Lifttəmir” İstehsalat Birliyi yalnız dövlət mənzil fonduna aid olan binalarda quraşdırılan liftlərə xidmət edir.
Xatırladaq ki, Bakının Yeni Yasamal rayonu Dadaş Bünyadzadə 8 ünvanında yaşayan sakinlər binalarındakı liftin təhlükəli vəziyyətdə olması ilə bağlı Kriminal.Az-a .
Əzizə İsmayılova