kriminal.az
Ümumvətəndaş pasportlarının verilməsində yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

“ASAN xidmət”də ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətinin işində yaranan problem aradan qaldırılıb.

Kriminal.Az-ın əldə etdiyi məlumata görə, problemin nədən qaynaqlandığı araşdırılır.

12:51

“ASAN xidmət”də ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətinin işində problem yaranıb.

Bu haqda Kriminal.Az-a oxucular məlumat verib.

Qeyd olunub ki, söhbət 1 saylı “ASAN xidmət” mərkəzindən gedir.  

“Bu gün səhər 09:00-dan etibarən xidmətin işində hansısa problem yaranıb. Hazır sənədləri təhvil versələr də, sənəd qəbulu dayanıb”, - deyə məlumatda vurğulanır.

Əzizə İsmayılova

Top
0.094490051269531