kriminal.az
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Heydər Əliyev prospekti əsas  yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

3. 8 Noyabr prospekti, mərkəz istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Tbilisi prospekti, mərkəz istiqamətində;

6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

8. 28 May küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində;

9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində  sıxlıq müşahidə olunur.

Top
0.074182987213135