Yenidən ən yüksək dövlət postu uğrunda mübarizə aparan ABŞ-nin keçmiş prezidenti Donald Tramp ABŞ-li seçicilərin dəstəyi baxımından geridədir. O, ölkənin hazırkı rəhbəri Co Baydenə uduzur.
Bunu “Echelon Insights” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələri sübut edib.
Seçicilərdən 2024-cü il prezident seçkisi bu gün keçirilsəydi, kimə səs verəcəklərini soruşduqda respondentlərin 49%-i Baydeni dəstəkləyəcəyini, 46%-i isə Trampın lehinə olduğunu bildirib.
Tədqiqat 12-14 aprel tarixlərində aparılıb. Burada ABŞ-də keçiriləcək prezident seçkisində səs vermək niyyətində olan 1,2 min nəfər iştirak edib.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.
Mənbə: TASS