kriminal.az
Rusiya və Ukrayna arasında uşaqların qaytarılması ilə bağlı ilk birbaşa danışıqlar baş tutub

Rusiya və Ukrayna nümayəndələri ilk dəfə olaraq uşaqların ailələrinə qovuşması məsələsi ilə bağlı birbaşa danışıqlar aparıblar. Danışıqlar Qətər hakimiyyətinin vasitəçiliyi ilə Dohada baş tutub.

Bu barədə Rusiya Federasiyasının Prezidenti yanında uşaqların hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova məlumat verib.

Onun sözlərinə görə, tərəflər 29 uşağın Ukraynaya, 19 uşağın isə Rusiyaya qaytarılması ilə bağlı razılığa gəliblər.

O qeyd edib ki, Qətər tərəfi bu siyahıları qeydə alıb, lakin vəziyyət dəyişərsə, Rusiya tərəfi buna reaksiya verəcək.

Mənbə: Kommersant.ru

Top
0.38754796981812