kriminal.az
İsrail hərbçiləri Yəmənin paytaxtına hücum edib

İsrail hərbçiləri "Ənsar Allah" qiyamçı hərəkatından olan husilərin nəzarəti altındakı Yəmənin paytaxtı Sənaya hücum edib.

Kriminal.az xəbər verir ki, bu barədə üsyançılara məxsus "Al Masirah" telekanalı məlumat yayıb.

Sənaya hücumla bağlı məlumat husilərin lideri Əbdülməlik əl-Husinin kanalın efirində həftəlik müraciəti zamanı yayılıb. "Al Yemen" kanalının məlumatına görə, şəhərdə bir neçə partlayış baş verib.

Top
0.065405130386353