Qazaxıstanın BƏƏ-dəki səfirinin müşaviri Saken Mamaşın həyat yoldaşı Karina Mamaş “NeMolchi.kz” fondu vasitəsilə dövlətdən kömək istəyib. Qadın bildirib ki, Saken Mamaş onlara baş çəkməyə gələrkən həyat yoldaşını və bacısını döyüb.
Qadının dediyinə görə, atalarının yanında olarkən uşaqlar da təhlükədədir.
“Bəyan edirəm ki, 10 ildir zorakılığa məruz qalmışam. Ərimin mənə qarşı etdiyi fiziki, cinsi, emosional, iqtisadi, məişət zorakılığına görə diplomatik statusundan məhrum edilməsini və həbs olunmasını istəyirəm”, - qadın bildirib.
Qazaxıstan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verib.
“Biz bu işçini təcili olaraq Qazaxıstana geri çağırırıq. Bundan sonra onun işi ilə hüquq-mühafizə orqanları məşğul olacaq”, - nazirlikdən məsələyə aydınlıq gətirilib.
Mənbə: informburo.kz