ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə nail ola bilər.
Kriminal.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Al-Arabiya" telekanalına müsahibəsində deyib.
"Biz Trampı praqmatik şəxs hesab edirik. O, Ukrayna münaqişəsinə son qoya bilər, çünki Vaşinqtonun əlində bunun üçün bütün alətlər var" ,- Medvedev bildirib.