kriminal.az
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO

Türkiyə xüsusi xidmət orqanları 30 nəfəri “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilərək saxlayıb.

Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.

“Yeddi əyalətdə İŞİD terror qruplaşmasına qarşı həyata keçirilən əməliyyatlar çərçivəsində 30 nəfər saxlanılıb”, - nazir “X”də (keçmiş “Twitter”) yazıb.

Qeyd edək ki, Türkiyə xüsusi xidmət orqanları mütəmadi olaraq İŞİD-ə qarşı əməliyyatlar aparır. Son bir il ərzində ölkədə üç mindən çox insan İŞİD-lə əlaqədə şübhəli bilinərək saxlanılıb.

 

Top
0.88221192359924