Çinin cənubundakı Quansi Çjuan Muxtar Bölgəsində davamlı leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində iki nəfər həlak olub.
Kriminal.Az-ın məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Bildirilib ki, xilasedicilər itkin düşən iki nəfəri tapıblar. Yaralılara tibbi yardım göstərilməsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
Hazırda axtarış-xilasetmə və fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam etdirilir.
Mənbə: “Pul N3” “Telegram” kanalı