kriminal.az
“Qalatasaray”ın böyük sərmayə qoyduğu oyunçu geri qayıdır

“Qalatasaray”dan transfer qiyməti altı milyon avro olan Yusuf Dəmirin mövsümün sonunda “sarı-qırmızılar”a dönəcəyi iddia edilib.

“Qalatasaray” Yusuf Dəmiri mövsümün əvvəlində “Bazel”ə bir illik icarəyə verib.

Mövsümün əvvəlində “Bazel”ə icarəyə verilən 20 yaşlı futbolçu zədə səbəbindən bu mövsüm bir çox matçları buraxıb. İsveçrə yığmasında müntəzəm oynamaq şansı olmayan Yusuf Dəmir Avstriyada da gündəmə gəlib.

Ölkə mətbuatında dərc olunan xəbərlərdə Yusuf Dəmirin “Peşəkar davranmır” kimi qələmə verilməsi diqqət çəkib. “Qalatasaray”ın 2022-23 mövsümündə “Rapid Wien”dən altı milyon avroya transfer etdiyi Yusuf Dəmir axtardığını Bazeldə tapa bilməyib.

Bu mövsüm liqa və kubokda ümumi 13 matça çıxan gənc cinah oyunçusu bir qol və bir məhsuldar ötürmə verə bilib.

Xatırladaq ki, Yusuf Dəmirin “Bazel”lə son oyunu fevralın 3-də Luqano matçında olub.

Mənbə: “Ntvspor.net”

Top
0.097275018692017