kriminal.az
Türkiyə və Azərbaycan arasında Türkmənistan qazı ilə bağlı razılıq əldə edildi

“Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə çatdırılması ilə bağlı razılığa gəldik”.

Bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə-Azərbaycan Təbii Qaz Sahəsində Əməkdaşlıq Sazişi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Alparslan Bayraktar və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında İstanbulda görüş baş tutub. Türkiyə-Azərbaycan Təbii Qaz Sahəsində Əməkdaşlıq Sazişi ilə bağlı keçirilən mətbuat konfransında danışan Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkmənistan qazı ilə bağlı açıqlamalar verib.

“Bu qış Naxçıvanın təbii qazı Türkiyə üzərindən tədarük ediləcək. Ən qısa zamanda bu xətti (İğdır-Naxçıvan) istifadəyə verməyi planlaşdırırıq. Birlikdə bir çox layihələr həyata keçiririk. Bu razılaşma ilə əlaqələrimiz fərqli bir mərhələyə keçir. TANAP-da (Trans Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi) və Cənubi Qafqazda potensial artacaq”, - deyə o, bildirib.

Mənbə: Türkiye Gazetesi

Top
0.052788972854614