kriminal.az
Slovakiyanın baş nazirinin güllələnmə anı - YENİLƏNİB + ANBAAN VİDEO

Slovakiyanın Baş naziri Robert Fitsonun güllələnmə anının videosu yayılıb.

Kadrlarda 71 yaşlı müxalif yazıçı Yuray Sintula hökumətin iclasından sonra tərəfdarları ilə əl sıxmaq üçün çölə çıxan Fitsoya bir neçə dəfə atəş açdığı görünür.

Qeyd edək ki, hazırda baş nazirin vəziyyəti ağır olaraq qiymətləndirilir.

19:08

Slovakiya baş nazirinə atəş açan şəxsin 71 yaşlı yazıçı Yuray Sintulanın olduğu məlum olub.

O, liberal “Proqressiv Slovakiya” partiyasının tərəfdarıdır.

Sintula sosial şəbəkələrdə solçulara, son illərdə isə şəxsən Fitsoya nifrətini açıq şəkildə ifadə edib.

Hazırda Fitso əməliyyat olunur. Onun partiyasının nümayəndələrinin fikrincə, qarşıdakı saatlar həlledici olacaq.

Sui-qəsd cəhdi ilə əlaqədar Slovakiya Prezidenti Peter Pelleqrini xarici səfərini yarımçıq qoyaraq vətəninə qayıdır.

Mənbə: Shot

17:31

Slovakiyanın Baş naziri Robert Fitso döş qəfəsi və qarın nahiyəsindən çoxsaylı güllə yarası alıb.

Helikopterlə Bratislavaya aparılan baş nazirin vəziyyətinin çox ağır olduğu bildirilir.

Slovakiya Prezidenti Zuzana Çaputova baş nazirə edilən bu qəddar hücumu pisləyib.

Şahidlərin dediklərinə görə, Fitso Nazirlər Kabinetinin iclasından sonra xalqın qarşısına çıxdığı zaman ard-arda üç-dörd güllə səsi eşidilib.

17:14

Slovakiyada hökumətin səyyar iclasının keçirildiyi binada atışma olub.

Məlumata görə, Baş nazir Robert Fitso atışma zamanı yaralanıb. Onu xəstəxanaya aparırlar.

Qeyd edək ki, atəş açanın artıq saxlanıldığı bildirilir.

Mənbə: Vesti, “Plus ONE DAY”

Top
0.071163177490234