Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Şarjah Masters şahmat turnirində 4-cü turun görüşləri keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib.
Məhəmməd Muradlı qara fiqurlarla Samvel Ter-Sahakyanı mat edib. Teymur Rəcəbov isə ardıcıl 4-cü dəfə heç-heçəyə razılaşıb. Daha bir təmsilçimiz Eltac Səfərli də turu yarım xalla başa vurub. Aydın Suleymanlı isə iranlı rəqibinə uduzub.
Bu nəticələrdən sonra Məhəmməd 3 xalla 9-cu pillədə qərarlaşıb. O, liderlərdən yarım xal geri qalır. Hesabında 2 xal olan Eltac 35-ci, Aydın 50-ci, Teymur isə 53-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Şarjah Mastersdə 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır.
Şarjah Masters, IV tur
Aydın Suleymanlı - Bardiya Daneşvar (İran) - 0:1
Samvel Ter-Sahakyan (Ermənistan) - Məhəmməd Muradlı - 0:1
Teymur Rəcəbov - Ediz Gürel (Türkiyə) - 0,5:0,5
Vladislav Artemyev (AİN) -Eltac Səfərli - 0,5:0,5