Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatında növbəti gün arxada qalıb.
Kriminal.Az xəbər verir ki, beş sərbəst güləşçimiz finalda mübarizə aparacaq.
Həlledici görüşlər bu gün keçiriləcək. 41 kq çəkidə millimizin iki üzvü qızıl uğrunda yarışacaq.
Qeyd edək ki, qadın güləşçilərimiz mübarizəni erkən başa vurublar. Məryəm Hacıyeva (36 kq), Nəzrin Əhmədli (42 kq) və Fatimə Bayramova (54 kq) bürünc medal uğrunda qarşılaşmalarda məğlub olaraq 5-ci yerlə kifayətləniblər.
Sərbəst güləş, finallar
38 kq
K.Kərimov - İ.Temersultanov (AİN)
41 kq
A.Hüseynli - Q.Məcnunov
48 kq
A.Əsgərli - S.Labazanov (AİN)
85 kq
M.Orucov - İ.Patru (Rumıniya)