kriminal.az

"Belə bir söz deyəcəyəm. Ola bilsin, çox insanların xoşuna gəlmədi. Amma bu bir reallıqdır, bununla barışmaq lazımdır. Qızlarımız, oğlanlarımız boydan çox balacadırlar. Cırtdanlaşma, cırlaşma gedir. Səbəb çox sadədir. Ən böyük səbəblərdən biri, Azərbaycanda qohum evlilikləridir. Əmiqızını əmioğluyla, xalaqızını xalaoğluyla, bibiqızını dayıoğluyla evləndirmək, bunlar ən böyük səbəblərdən biridir. Çünki qohum evliliyi olanda, çox böyük fəsadlar yaranır".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov deyib.

Video yayımlayan sənətçi başqa millətdən olan xanımla ailə qurmaqdan bəhs edib:

"Baxırsan, qızların, oğlanların burunları yekə, boyları çox balaca. Bu, cırtdanlaşma deməkdir. Deməli, geni dəyişmək lazımdır. Digər millətlərin nümayəndələriylə evlənmək lazımdır. Nə vaxta qədər məsələn, Lətafətlə Əflatun evlənəcək? Azərbaycanda da olan ləzgi, ukraynalı, digər xalqın nümayəndələriylə evlənmək lazımdır ki, uşaqlar metis olsun. Metis uşaqlar yaraşıqlı, istedadlı olur. Bu, reallıqdır, bununla barışmalıyıq. Uşaqların gözəl, boylu-buxunlu, savadlı olmağı üçün, mütləq genetika dəyişməlidir. Digər millətlərin nümayəndələriylə evlənmək lazımdır. Əmiqızıyla əmioğlunu, xalaqızıyla xalaoğlunu evləndirmək, ata-ananın məcburiyyəti, istəyinə son qoymaq lazımdır. Görürəm qızlar, oğlanlar 1.50-1.55 boyunda, arıq, cılız, burunlar böyük. Tanıdığım qızların 70 faizi burunlarını əməliyyat etdirirlər. Bu, onun fəsadlarıdır".

"Başqa millətin qızları ilə evlənmək lazımdır"

"Başqa millətin qızları ilə evlənmək lazımdır"

Top
0.10239291191101