kriminal.az
Bir həftə əvvəl əməliyyat olunan qadın intihar etdi

Şahbuz rayonunda intihar hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 1965-ci il təvəllüdlü Səməngül İbrahim qızı Şıxıyeva yaşadığı evdə intihar edib.

İlkin məlumata görə, S.Şıxıyeva 1 həftə öncə əməliyyat olunub və şiddətli ağrılardan əziyyət çəkib.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Top
0.33464503288269