kriminal.az
Raqif Abbasov:

Hakimiyyet.az  Naxçıvan Futbol Federasiyasının baş katibi Raqif Abbasovun yazısını oxuculara təqdim edir.

Ulu öndər Heydər Əliyevin kəlamı bizim həyat tərzimizdir.
Hər bir millətin onun milli mənsubiyyəti, onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam.
Bəli, bu gün biz fəxr edirik ki, biz azərbaycanlıyıq. Bunu deməyə yetərincə əsasımız var.


Dünyanın ən güclü iqtisadi və hərbi cəhətdən ölkəsinin rəhbəri, Donald Trampın dünyada Azərbaycanın və Prezidentimizin ünvanına etdiyi müraciət, "Sizinlə fəxr edirəm, siz böyük xalqsınız" deməsi, yuxarıda qeyd olunanın aydın sübutudur.


Nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatları ən çox nüvə arsenalına sahib ölkədir və heç vaxt heç bir ölkə rəhbərinə belə sözlər ünvanlanmayıb, deməli, olduqca qüdrətli liderimiz var.
İlham Əliyev artıq siyasi cəhətdən Azərbaycana sığmayan dünya lideridir. Xüsusilə son illərdə ardıcıl diplomatik uğurlarımız, uzaq hədəfləri olan yüksək siyasi qərarlar onun deməyə əsas verir ki, gələcək nəsillərimizin həyat tərzi, dövlətçiliyimiz və müstəqilliyimiz siğortalanıb və təmin olunub.


44 günlük müharibədəki qalibiyyət, sürətli anti-terror əməliyyatlı, azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, Avropa qitəsində enerji təhlükəsizliyindəki rolumuz, Afrika qitəsində müstəmləkəçiliyə qarşı tutduğumuz qəti mövqe, Trampın (Zəngəzur) koridorunun təməlinin qoyulması, ədalətsiz 907-ci qərarın ləğv edilməsi — bütün bunlar bir daha sübut edir ki, liderimizin yorulmaz, titanik fəaliyyəti nəticəsində biz yeni zəfərlərə doğru irəliləyirik.

Biz Azərbaycan vətəndaşları kimi Prezidentimizin 4 saat ərzində dünya mətbuatına verdiyi müsahibənin dünya mediasında ən çox izlənən və təkrarlanan siyasi xəbər olduğunu bir daha vurğulamaq istəyirik. Bu, bir daha göstərir ki, pragmatizm və dərin dövlət ənənəsi, ulu öndər məktəbi Vətənimizə hələ çox qələbələr gətirəcək.Cənab prezident, siz döyüş meydanında olduğu kimi, siyasi meydandada nəhəng strategsiniz.


İnamla deyə bilərik ki, XXI əsr Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və biz xoşbəxtik ki, bu tarixi hadisələrin canlı şahidləriyik.

Cənab Prezident, Siz Azərbaycansınız!

Top
0.065088033676147