kriminal.az
Su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Su anbarında qanunsuz balıq ovlayan şəxs müəyyən olunub.

Kriminal.Az xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ş.Müslümov saxlanılıb.

Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Top
0.23980689048767