kriminal.az
Ağcəbədidə bir müddət əvvəl boşanan qadının qətlə yetirilməsinin TƏFƏRRÜATI məlum oldu

Ağcabədi rayonu Hindarx qəsəbəsində gənc qızın qətlə yetirilməsi ilə bağlı bəzi detallar məlum olub.

Kriminal.Az-ın əldə etdiyi məlumata görə, mərhumun qardaşı Sadiq Kərimov bacısını qısqanclıq zəminində qətlə yetirib.

Bacısının davranışlarına irad bildirib və daim aralarında mübahisə olub. Hadisə elə bu səbəbdən törədilib.

Həmçinin bildirilir ki, qətlə yetirilən qadın ailəli olub və bir müddət sonra boşanıb. Rayondakı marketlərin birində satıcı kimi çalışıb və daha sonra işdən ayrılıb.

Faktla bağlı araşdırma aparılır.

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Səbinə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Kriminal.Az-a Ağcabədi Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, araşdırmalarla 1991-ci il təvəllüdlü Sadiq Kərimovun aralarında yaranmış mübahisə zamanı dəmir linglə xəsarətlər yetirərək bacısı Səbinə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Sadiq Kərimov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində evlərin birində 1993-cü il təvəllüdlü Səbinə Əli qızı Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Kriminal.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı 1991-ci il təvəllüdlü Sadiq Əli oğu Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Almaz Qasımova

Top
0.22582697868347