kriminal.az
Paşinyan:

"Qarabağ Azərbaycanın tərkib hissəsi olmalıdır, Ermənistan cəmiyyətində isə "Qarabağın öz müqəddəratını təyinetmə və statusu" konsepsiyası yanlış anlaşılıb".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.

"Qarabağ Azərbaycanın bir hissəsi olmalıdır, lakin erməni reallığında bütün bunlar səhv başa düşülmüşdü, çünki erməni ictimaiyyətinin 1996-cı ildən bəri Lissabon sənədinə əlçatanlığı yox idi".

Paşinyanın sözlərinə görə, Ermənistanın "klerikal-feodal elitası" hakimiyyəti ələ keçirmək və saxlamaq üçün xalqı Qarabağla bağlı aldadıb və çaşdırıb.

"Qarabağla bağlı tam həqiqət bundan ibarətdir", - o vurğulayıb.

Mənbə: Ermənistan KİV

Top
0.047372817993164