kriminal.az
Xamenei İranın ABŞ və İsrailə qalib gəldiyini söyləyib

İranın ali lideri Ayətullah Əli Xamenei yenidən xalqa videomüraciət edərək ABŞ və İsraillə bağlı açıqlamalar verib.

Kriminal.az xəbər verir ki, o, ABŞ-nin Qətərdəki hərbi bazasına endirilən zərbələrə toxunaraq Vaşinqtonun bu hücumun miqyasını kiçiltməyə çalışdığını bildirib.

“İran yeni təcavüz halında ABŞ hərbi bazalarına zərbələrin təkrarlanmasını istisna etmir. Amerikalılar Qətərdəki bazaya dəymiş zərəri kiçildir, lakin bu ziyan realdır,” – Xamenei deyib.

Bununla yanaşı, İranın ali lideri ABŞ prezidenti Donald Trampın İranın nüvə obyektlərinə vurulan zərbələrin miqyasını şişirtdiyini qeyd edib. Onun sözlərinə görə, Trampın iddia etdiyi kimi ciddi dağıntılar olmayıb, əksinə, “zərər əhəmiyyətsizdir.”

Xamenei son qarşıdurmaları İranın həm ABŞ, həm də İsrail üzərində qələbəsi kimi qiymətləndirib:

“İslam Respublikasının Amerikaya şillə vurduğu bir reallıqdır, ABŞ İranla müharibəyə başladı, çünki başa düşdü ki, əgər münaqişə davam edərsə, İsrail tam məhvə məhkumdur,” – İranın ali lideri vurğulayıb.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu da xalqa videomüraciətində İsrailin tarixi qələbə qazandığını elan edib. 

Top
0.06092095375061