kriminal.az
Məşhur azərbaycanəsilli bloqerin bank hesabları bloklandı

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov vergi ilə bağlı istintaqa cəlb oluna bilər.

Məlumata görə, müvafiq iddianı Moskva Vergi Müfəttişliyi qaldırıb.

Həsənovun Federal Vergi Xidmətinə 144 milyon rubl (2 779 200 manat) məbləğində borcu yığılıb. Hazırda bloqerin özü başqa dövlətin ərazisindədir.

Vergi orqanları Həsənovun dörd bankdakı hesablarını bloklayıb.

"Bizim məlumatlara görə, hesabların bloklanmasına səbəb ödəniş edilməməsi və vergi pozuntusudur", - deyə bildirilir.

Mənbə: Gazeta.ru

Top
0.15044212341309