kriminal.az
Hava şarı və spiral qülləsi: Braziliyalı gənclərin yeni macərası

Braziliyalı cəsur paraşütçülər yenə də heyranedici bir tryuk nümayiş etdiriblər.

Belə ki, onlar hava şarı vasitəsilə səmaya nəhəng spiral qülləsi qaldırıblar və oradan sürüşüblər.

Sosial şəbəkələrdə bununla bağlı maraqlı görüntülər yayılıb.

Kadrlardan aydın olur ki, paraşütçülər əvvəlcə xüsusi hazırlanmış spiral qülləsini hava şarına bağlayıblar. Təxminən 4 000 metr hündürlüyə çatdıqdan sonra, gənclər növbə ilə spiral qülləsindən sürüşüblər.

Qeyd edək ki, braziliyalı gənclər bundan əvvəl paraşütlə havaya batut qaldırıb, oradan tullanıblar.

Hava şarı və spiral qülləsi: Braziliyalı gənclərin yeni macərası

Hava şarı və spiral qülləsi: Braziliyalı gənclərin yeni macərası

Mənbə: News.ru

Top
0.080642938613892