kriminal.az
Bakıda 20 yaşlı qadın qətlə yetirilib, ailə üzvü şübhəli qismində saxlanılıb

Bakıda 20 yaşlı qadın öldürülüb.

Bu barədə Kriminal.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, saat 6:45-də Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə İsmixan qızı Qasımovanın boğulmadan ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı, 1997-ci il təvəllüdlü Təbriz İsmixan oğlu Qasımov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Top
0.072036027908325