kriminal.az
Xırdalanda dəhşət: Ər arvadına çoxsaylı bıçaq zərbəsi endirdi

Abşeron rayonunda ailə məişət zəminində dava zamanı qadın ağır xəsarətlər alıb.

Lent.az xəbər verir ki, hadisə Quşçuluq massivində qeydə alınıb.

1990-ci il təvəllüdlü Şəbnəm Taleh qızı Həsənova yaşadığı evin həyətyanı sahəsində əri tərəfindən bıçaqlanıb.

Qadın çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Top
0.073240041732788