kriminal.az
Müəllim uşaqların xəyal etdiyi gələcəklərini göstərib onları həyəcanlandırdı

Tunisli müəllimə şagirdləri təhsilə və arzuları üçün mübarizə aparmağa sövq etmək üçün unikal üsula əl atıb. Belə ki, Rima əl-Tilili süni intellektin köməyindən istifadə edərək uşaqlara "gələcəkdən" ilhamverici şəkillər göstərib.

"Xəyallar gerçəkləşir" adlanan layihə çərçivəsində təqdim olunan fotolarda şagirdlər öz arzularına uyğun uğurlu peşəkarlar - həkimlər, biznesmenlər, alimlər və digər mütəxəssislər obrazında təsvir olunublar.

Şagirdlərin layihəyə reaksiyası bütün gözləntiləri üstələyib. Uşaqlar öz böyümüş versiyalarından vəcdə gəliblər.

Müəllim uşaqların xəyal etdiyi gələcəklərini göstərib onları həyəcanlandırdı

Müəllim uşaqların xəyal etdiyi gələcəklərini göstərib onları həyəcanlandırdı

Mənbə: "Selebriti" "Telegram" kanalı

Top
0.10834288597107